Rəşid Əliyev,
Riyaziyyat elmləri doktoru, professor
Mənim 10 aprel 2025-ci il tarixli “Təhsil İnstitutunun biabırçı olimpiadası – 30 sualdan 9-u səhvdir” adlı məqaləmlə bağlı Təhsil İnstitutunun açıqlamasında qeyd olunur ki, “Doqquz sualda səhv olduğu ilə bağlı iddialar əsassızdır. Dörd sualda səhv olub və həmin sualların cavabı bütün iştirakçıların xeyrinə həll olunub”. Facebookda izləyicilərdən biri şərh bölümündə qeyd etmişdi ki, “gələcəkdə 30 sualdan 30-u da səhv olacaq. Üstəlik həmin səhvləri heç aşkar edən də tapılmayacaq”. Deyəsən bu proses başlayıb. Ən azından artıq Təhsil İnstitutu səhv və düz tapşırıqları ayırd edə bilmir.
Biz "faciələr ölkəsində" yaşayırıq. 1 faciə də artıq olsa nə dəyişəcək? Faciələrin yaranma səbəbi ləğv olunmalıdı.
Təhsil institutunda savadsızlıq baş alıb gedir. Təhsilin bu cür adamlara tapşırılması faciədir.