Ru
10:32 / 09 Yanvar 2026

Binəqədidə bəzi evlər söküləcək – Sakinlər kompensasiya ilə razılaşmır – VİDEO

Binəqədidə bəzi evlər söküləcək – Sakinlər kompensasiya ilə razılaşmır – VİDEO
Eye

Bakının Binəqədi rayonu, 2-ci mədən küçəsindəki mənzillər plana düşüb, evlər söküləcək.

Bakupost.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər “Xəzər Xəbər”ə deyiblər. Onların sözlərinə görə, ilkin mərhələdə 8 ailənin köçürüləcəyi deyilib.

Kompensasiya məbləği bəzi sakinləri isə qane etməyib. Onlar ayrılan vəsaitin az olduğunu deyirlər.

Məsələ ilə bağlı ərazi üzrə 145 saylı Mənzil kommunal istismar sahəsindən bildirildi ki, xidməti ərazilərində 10 mənzil qəzalı binalar sırasındadır. 2022-ci ildə FHN tərəfindən rəy də verilib. Proses Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən də məlumat təsdiqləndi. Bildirldi ki, sakinlərlə görüşlər keçiriləcək, razılıq əldə olunacağı təqdirdə söküntü işlərinə start veriləcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar