Bu səhər Bakının Binəqədi qəsəbəsində yerləşən avtobus dayanacağında bədbəxt hadisə baş verib.
Bakupost.az -ın məlumatına görə, təxminən 40 yaşlarında olan kişinin halı qəfil pisləşib və dünyasını dəyişib.
Məlumata görə, hadisə baş verən zaman o, həyat yoldaşı ilə birlikdə işə gedirmiş.
Təcili tibbi yardım briqadası gələnədək ölüm faktı qeydə alınıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Həkimin ilkin rəyinə görə, ölümün səbəbi insult olub.
Lalə Novruz,
BakuPost