Ru
17:44 / 01 Noyabr 2021

“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” - Çingiz Abdullayevdən daha bir qalmaqal - VİDEO

“Birinci Qarabağ Müharibəsi olmayıb, yalandır” - Çingiz Abdullayevdən daha bir qalmaqal -  VİDEO
Eye

“Birinci Qarabağ Müharibəsi olmayıb, bu, yalandır”.

Bakupost.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib.

O, oxucularından “Birinci Qarabağ Müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır.

“Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.

Qeyd edək ki, onun bu sözləri sosial şəbəkələrdə tənqid və iradlara tuş gəlib.

Çingiz Abdullayevi qınayanlar bildiriblər ki, yazıçı “Birinci Qarabağ müharibəsi olmayıb” deməklə minlərlə şəhid, itkin, qazi və veteranın haqqı danıb. Bəziləri hətta Xalq yazıçısını üzrxahlıq etməyə çağırıblar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar