Ru
10:57 / 06 Mart 2026

“Biz bölgəmizdə sülh istəyirik” – Fulya Öztürk Təbriz küçələrində... - VİDEO

“Biz bölgəmizdə sülh istəyirik” – Fulya Öztürk Təbriz küçələrində... - VİDEO
Eye

ABŞ və İsrail ilə İran arasında gərginlik davam etdiyi bir vaxtda CNN Türk-ün xüsusi xəbərlər şefi Fulya Öztürk Təbriz küçələrindən reportaj hazırlayıb.

Bakupost.az xəbər verir ki, CNN Türk komandası bombardmanların baş verdiyi bölgələrdə insanların fikirlərini öyrənib.

Təbrizdə jurnalistə danışan iranlı vətəndaşlar müharibəni onların başlamadığını, lakin sona çatdıranın da özləri olacağını bildiriblər.

Göz yaşları içində danışan bir sakin bunları deyib:

“Məktəbdə uşaqlarımız öldürüldü. Yayımı gördüyüm üçün bura gəldim. Qız uşaqlarını gördükcə ürəyim parçalanır. Biz terrorçu deyilik. Biz bölgəmizdə sülh istəyirik. Hər şeyi izləyirik. Torpağımızdan imtina etməyəcəyik. Bizim daxili problemlərimiz var, amma bu bizim öz işimizdir və başqa ölkələri maraqlandırmır. Qorxmuruq. Allah qarşısında bir can borcumuz var, onu da verməyə hazırıq”.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar