Ru
13:03 / 17 Oktyabr 2025

"Biz xırda adamlarıq..." - Abel Məhərrəmovun Ramiz Mehdiyevə dediyi sözlər - VİDEO

"Biz xırda adamlarıq..." - Abel Məhərrəmovun Ramiz Mehdiyevə dediyi sözlər  - VİDEO
Eye

2020-ci il avqustun 18-də Novxanıda yerləşən bağ evində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin görüntüləri yenidən gündəmə gəlib.

Bakupost.az musavat.com-a istinadla xəbər verir ki, toy mərasimi məhdud sayda qohum və yaxınların iştirakı ilə baş tutub. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov də iştirak edərək Ramiz Mehdiyevə “tost” deyib.

Məhərrəmovun həmin toy mərasimi zamanı çıxışı: “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz”.

Xatırladaq ki, toy zamanı koronavirusun yayılması ilə bağlı tətbiq olunan karantin qaydalarının pozulması məsələsi də mediada tənqid obyektinə çevrilmişdi.

Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, Ramiz Mehdiyev barəsində cinayət işi açılıb. DTX-nin İstintaq Baş İdarəsinin təqdimatı əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.


Şərhlər
  • Roma

    Amma Abelin dedikləri ilə demək olar ki, tam razıyam, əvvəla ağsaqqalına " Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyir, bu tam doğru, 2-cisi "Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir."... bəli sən xırda adamsan Abel, vəzifə səni bir az qabartdı, amma cılızsan ki, cılız, sürünən heç vaxt uça bilməz...o ki qaldı sənin ağsaqqalının Xalq tərəfindən qiymətləndirilməsinə burda lap quşu gözündən vurmusan...sənə sözüm yoxdu, aftafalogiya üzrə akademiksən...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar