Ru
15:53 / 21 Oktyabr 2026

Biznesə yeni maneələr gəlir: 61 yeni standart nəyi dəyişəcək?

Biznesə yeni maneələr gəlir: 61 yeni standart nəyi dəyişəcək?
Eye

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul edib.

“Bakupost” AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarının tətbiqində məqsəd nəqliyyat infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsidir.

AZSTAND-ın dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul etməsi sözügedən sahəyə nə verəcək?

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, bu əslində qəbul olunan qərarların mahiyyətindən asılı olacaq.

Müsahibimizin fikrincə, məsələyə fəlsəfi prizmadan yanaşdıqda bu qədər çoxsaylı standart və hansısa qaydaların qəbul edilməsi biznesə maneədən başqa bir şey deyil:

“AZSTAND dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə aid 61 yeni dövlət standartı qəbul etməsi də anoloji olaraq sözügedən sahəyə ciddi maneələr yaradacaq. Yeni tənzimləmə aktları da biznes üçün əlavə xərc və yük yaradacaqsa, istənilən halda bu heç nəyi ciddi şəkildə dəyişməyəcək”.

Ekspertin sözlərinə görə, biznesin işinə hansısa formada maneələr yaradılacaq, onun xərcləri artacaqsa, bu qiymətlərin yüksəlməsinə səbəb olacaq:

“İstənilən halda, bu qədər çox standart və tənzimləyici aktların olması ölkə iqtisadiyyatına birmənalı şəkildə ziyan vurur”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar