Ru
22:41 / 29 İyul 2025

BMT-dən Qəzzadakı aclıq böhranı ilə bağlı - Açıqlama

BMT-dən Qəzzadakı aclıq böhranı ilə bağlı - Açıqlama
Eye

Qəzzaya çatan yardımlar selinə çevrilməlidir.

Bakupost.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

Quterreş bildirib ki, Qəzza hazırda aclığın astanasındadır.

Qəzzada fələstinlilərin misli görünməmiş bir humanitar fəlakət yaşadığını qeyd edən Quterreş bunun xəbərdarlıq yox, bütün dünyanın gözü qarşısında baş verən bir reallıq olduğunu vurğulayıb:

“Qəzzaya sızan yardım indi sel kimi axmalıdır. Qida, su, dərman və yanacaq Qəzzaya fasiləsiz və maneəsiz çatmalıdır. Bu, bizim ümumi insanlığımızın sınağıdır və uğursuzluğa düçar ola bilmərik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar