Gürcüstanın Marneuli bələdiyyəsinin Candar kəndində silahlı insident olub.
"Bakupost" xəbər verir ki, 31 yaşlı Rahib Abdullayev silahla vurulub.
İlkin məlumata əsasən, hücum edən şəxs Rahib Abdullayevin yaşadığı məhəlləyə gələrək onun üz nahiyəsinə atəş açıb, daha sonra isə hadisə yerindən qaçıb.
Ağız və baş nahiyəsindən xəsarətlər alan yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Faktla bağlı Gürcüstan DİN-də Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaqa başlanılıb.