Bölgələrin gündəmini işıqlandıran yeni layihə: "YURDDAŞ" - VİDEO
38
Yurd.Media ölkənin bölgələrini əhatə edən yeni layihəyə başlayıb.
Bakupost.az xəbər verir ki, "Youtube" və digər sosial şəbəkələrdə yayımlanacaq “Yurddaş” verilişində regionlardakı problemlər, həllini gözləyən məsələlər, istifadə olunmayan imkanlar müzakirə olunacaq.
Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında baş tutan ilk müsahibədə deputat Razi Nurullayev ilə Azərbaycanın regionlarında su çatışmazlığı, əkin və məhsuldarlıqla bağlı problemlər, turizmlə bağlı görüləsi işlər, yas mərasimlərinin təşkili, habelə idman komplekslərinin səmərəsiz fəaliyyəti, “İmişli” futbol klubunun stadionla bağlı çətinliyi və digər məsələlər gündəmə gətirilib.