"Bolt" taksi şirkəti Azərbaycanda qiymətləri 10 faiz artırıb.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı sürücülərə bildirişlər də göndərilib.
"Bolt" platforması üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır. Qeyd olunub ki, bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir.
Verilən məlumata görə, hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10 faizə qədər təşkil edir və regiondan asılı olaraq 5-10 faiz arasında dəyişə bilər:
"Qeyd edək ki, bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir".