Ru
21:59 / 09 Fevral 2026

Ermənistan ABŞ-dən “V-BAT” PUA-ları əldə etdi

Ermənistan ABŞ-dən “V-BAT” PUA-ları əldə etdi
Eye

Ermənistan ABŞ-dən müasir “V-BAT” pilotsuz uçuş aparatları (PUA) əldə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ-nin vitse-prezidenti Ceyms Di Venslə keçirdiyi birgə mətbuat konfransı zamanı məlumat verib.

Paşinyan qeyd edib ki, bu addım iki ölkə arasında illərdir davam edən təhlükəsizlik əməkdaşlığının və üç illik “Qartal Tərəfdaş” (Eagle Partner) birgə hərbi təlimlərinin məntiqi davamıdır. Baş nazir ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində əldə olunan “V-BAT” PUA-larının ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Məlumat üçün bildirək ki, “Shield AI” şirkəti tərəfindən istehsal olunan “V-BAT” PUA-ları şaquli qalxma və enmə (VTOL) xüsusiyyətinə malikdir. Bu cihazlar xüsusilə çətin relyefli ərazilərdə kəşfiyyat və müşahidə missiyaları üçün effektivliyi ilə tanınır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar