Ru
21:41 / 09 Fevral 2026

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı

"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
Eye

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.

Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb.

Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar