Ru
22:44 / 09 Fevral 2026

Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü

Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü
Eye

Rusiyada Ukraynaya qarşı vuruşmaq üçün yaradılan "Arbat" xüsusi təyinatlı erməni muzdlu batalyonunun komandiri Ayk Qasparyan ölüb.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Qasparyan fevralın 9-da döyüş əməliyyatını yerinə yetirərkən öldürülüb.

Bildirilir ki, Qasparyan 2023-cü ildən "Arbat"ın komandiri vəzifəsini yerinə yetirirdi. O, keçmiş "Vaqner" üzvüdür. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə onu "Cəsarətə görə" medalı ilə təltif etmişdi.

Məlumata görə, "Arbat" 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sarkisyan 2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar