Aprelin 1-də Tehrana endirilən zərbələr zamanı İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin öldürülməsi ilə məlumat təkzib olunub.
Bakupost.az xəbər verir ki, bu gün Qulamhüseyn Möhsün Ejei düşmən ünsürlərə qarşı edam və əmlak müsadirəsi də daxil olmaqla, cəza hökmlərinin verilməsinin daha da sürətləndirilməsi barədə bəyanat yayıb.
Ejei hüquqi imkanlardan istifadə edərək düşmənlə əlaqədə təqsirləndirilən şəxslərə qarşı məhkəmə hökmlərinin daha tez verilməsini və icra edilməsini tələb edib.
“Qanunun icazə verdiyi hallarda edam və əmlak müsadirəsi kimi ağır hökmlərin verilməsi tez bir zamanda həyata keçirilməli və bu hökmlərin nəticələri də ictimaiyyətə açıqlanmalıdır", - Ejei əlavə edib.
Qeyd edək ki, aprelin 1-də “Əl Hədəs” nəşri İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülməsi barədə məlumat yaymışdı.