Ru
14:39 / 07 Aprel 2026

Gürcüstanda azərbaycanlı merin qardaşı saxlanıldı

Gürcüstanda azərbaycanlı merin qardaşı saxlanıldı
Eye

Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmailovun qardaşı Kənan İsmailov saxlanılıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb.

Kənan İsmailovun bir qrup şəxslə birlikdə vətəndaşın qarşısını kəsərək ona ağır fiziki zorakılıq tətbiq etdiyi iddia olunur. Çörəkbişirmə müəssisəsinin sahibi olan döyülən şəxsin çörəyin qiymətinin süni şəkildə artırılması iddiası ilə razılaşmadığı bildirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (“Zorakılıq”) maddəsi ilə cinayət işi açılıb. Sözügedən maddə 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, Gürcüstan mediasında Marneulinin çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu iddia edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar