Tehranın müharibənin dayandırılması ilə bağlı 10 maddəlik təklifinə cavab olaraq, ABŞ Prezidenti Donald Tramp onu kifayət qədər yaxşı olmayan, amma eyni zamanda, əhəmiyyətli təklif kimi dəyərləndirib. Ardınca Tramp təəssüflə Amerika xalqının Vaşinqtonun İrandan geri çəkilməsini istədiyini də diqqətə çatdırıb.
Politoloq Taleh Əliyev
Bakupost.az-a bildirib ki, Donald Tramp 10 maddəlik təklifə verdiyi reaksiya ilə əslində ABŞ-nin müharibəni davam etdirəcəyi mesajını verib:
“Tehranın 10 maddəlik təklifində bu ölkəyə hücuma görə, ABŞ və İsrailin hərəkətlərinin beynəlxalq birlik tərəfindən pislənilməsi, İrana dəymiş ziyanın kompensasiya edilməsi, sanksiyaların ləğvi, Hörmüz boğazı ilə bağlı təklif etdiyi qaydaların təsdiq olunması tələb olunur. Səslənən bu təklif real sülh gündəliyindən daha çox ultimativ təkliflər xarakteri daşıyır. Bu əsasda Tramp təklifinə verdiyi reaksiya ilə İranın əslində sülh istəmədiyini demək istəyib. Belədə bildirir ki, İranın müharibəni davam etdirmək istəyi ABŞ-nin regional maraqlarını təhdid edir. Ona görə də Tramp müharibəni davam etdirməli olduqlarını diqqətə çatdırır”.
Trampın amerikalıların ABŞ ordusunun İranda qalmasını istəmədiyi barədə açıqlaması isə özünün reytinqinin aşağı düşməsindən əndişələnməsilə bağlıdır:
“Bu ölkənin əksər ştatlarında müharibə əleyhinə keçirilən etirazlar və aparılan sorğular ABŞ ictimaiyyətinin uzunmüddətli müharibədə maraqlı olmadığını ortaya qoydu”.
Politoloq qeyd edir ki, ABŞ Prezidentinin həmin bəyanatı Venesuelada olduğu kimi, İranda da neftə nəzarəti ələ almaq istədiyini göstərir:
“Məqsəd isə həmin neftin Çinə satışını məhdudlaşdırmaqdır. Belədə Çinlə aparılacaq danışıqlarda bir növ diqtə edən tərəf kimi çıxış etmək istəyir”.
Rüfət Sultan, BakuPost