Ru
23:05 / 28 Oktyabr 2025

Böyük Britaniya Ukraynaya qoşun göndərir

Böyük Britaniya Ukraynaya qoşun göndərir
Eye

Böyük Britaniya öz qoşunlarını Ukraynaya göndərmək niyyətindədir.

Bakupost.a xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Böyük Britaniyanın növbəti böyük hərbi yerləşdirməsi Ukraynaya ola bilər ” , - nəşr yazır.

Məqalədə qeyd edilir ki, Britaniya əsgərləri Ukrayna qoşunlarına cəbhə xəttindən uzaqda təlimlər keçəcək.

“Bloomberg” yazır ki, London Ukraynaya qoşun və texnikanın yerləşdirilməsinin ilkin xərclərini ödəmək üçün 100 milyon funt sterlinq dəyərində yardım paketi hazırlayır.

Bundan başqa, Fransa 2026-cı ildə öz qoşunlarını Ukraynaya yerləşdirməyi planlaşdırdığını rəsmən açıqlayıb . Respublikanın quru qoşunlarının Baş Qərargahı xaricə 7 min əsgər göndərməyə hazırdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar