Ru
14:55 / 07 Fevral 2026

"Böyük Seva”nın son vəziyyəti açıqlandı

"Böyük Seva”nın son vəziyyəti açıqlandı
Eye

Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.


Bakupost.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib.

“Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib.

Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir”, – deyə məlumatda vurğulanır.

Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar