Ru
09:31 / 03 Fevral 2026

Böyükşor köpüklənir – Problem – VİDEO

Böyükşor köpüklənir – Problem – VİDEO
Eye

Bu görüntülər bugünlərdə çəkilib. Böyükşor gölü köpüklənir…

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ekoloji problemlər üzrə ekspert Rövşən Abbasov bildirir ki, Böyükşor Abşeron yarmadasının tarixən ən çox çirklənmiş göllərindən biri olub.

Ekspert deyir ki, 2015-ci ildə gölün böyük bərpa layihəsinə start verilib və bu çərçivədə böyük bir hissə təmizlənib. Gecəqondular köçürülüb, bununla da gölə gələn üzvü çirkləndiricilərinin və sənaye tullantılarının mənbəyi kəsilib.

Məsələ ilə bağlı Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirildi ki, Böyükşor ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi sözügedən gölə axıdılır.

O da bildirildi ki, gölə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar