Cari ilin aprelin 1-dən Nadir İmanov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib.
Bakupsot.az xəbər verir ki, bu barədə “BP Azerbaijan”dan Teleqraf-a məlumat verilib. Bildirilib ki, o, hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.
Nadir İmanov yeni vəzifəsində BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.
N.İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. K.Allan isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.
Nadir İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidentidir.
N.İmanovun planlaşdırma və kommersiya sahəsində 30 ildən artıq təcrübəsi var və BP əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.