Ru
20:19 / 22 Oktyabr 2025

Britaniya sahillərində gərginlik – Rusiya hərbi gəmisi NATO komandanlığı altında izlənildi

Britaniya sahillərində gərginlik – Rusiya hərbi gəmisi NATO komandanlığı altında izlənildi
Eye

Böyük Britaniya Kral Donanması tarixində ilk dəfə hərbi gəmisini Rusiya gəmisinin hərəkətini izləmək məqsədilə birbaşa NATO komandanlığının ixtiyarına verib.

Bakupost.az "Sky News"a istinadən xəbər verir ki, “HMS Duncan” esminesi “Vitse-admiral Kulakov” adlı Rusiya gəmisini Şimal dənizi və La-Manş boğazından keçərkən müşayiət edib.

Əməliyyata “Wildcat” helikopteri, Fransa Hərbi Dəniz Qüvvələri və Hollandiya aviasiyası da cəlb olunub.

Məlumata görə, Britaniya esminesi rus gəmisini Fransanın Uessant adasına qədər izləyib.

Londonda bildirilib ki, əməliyyat Britaniyanın öz ərazi sularını qorumağa və NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu göstərir.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar