Ru
20:53 / 16 Oktyabr 2021

Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… - FOTO - VİDEO

6550

Şahbaz Xuduoğlu,

"Qanun” Nəşrlər Evinin rəhbəri


Bir neçə dəfə Təhsil Nazirliyin təşkil etdiyi "Mediatur"lara dəvət olunuram. Gördüklərim məni sevindirir. Təhsilin səviyyəsini artırmaq üçün olunan cəhdlər göz qabağındadır. Son səfər İsmayıllıya oldu. Peşə məktəblərinin regionlarda inkişaf etdirmək nazirliyin əsas hədəflərindən biridir. Bu prosesə məncə hər kəs dəstək verməlidir.


Vətəndaşlarımız, imkanlı insanlar nazirliyin götürdüyü yeni istiqamətə, yeniliklərə yardım etməlidir. Əgər dəyişikliyi özümüz istəməsək, heç nə alınmayacaq.

"Sabah texnologiyada hansı inqilabi hadisə baş verəcək, bunu proqnoz etmək çətindi. Amma indi əlimizdə nə varsa, onlardan həyatımızı yüngülləşdirmək üçün yaşayış səviyyəmizi yaxşılaşdırmaq üçün istifadə etməliyik". Bu sözlər Təhsil nazirinin müavini Firudin Qurbanova məxsusdur.

Süni intellekt həyatımızın bütün sahələrini "zəbt etməyə" davam edir. 44 günlük qələbənin əsas qəhrəmanı sayılan Dronlar bu gün təhsil sahəsinə inteqrasiya olunur.

İsmayıllıya Mediatur layihəsi çərçivəsində səfərimiz zamanı Dronlardan kənd təsərrüfatı sahələrində istifadə olunması mənim üçün çox gözlənilməz oldu. Müharibə, vahimə, ölümlə assosasiya edilən Dronlar bu gün kənd təsərrüfatı sahəsində əkinçini, suçunu, aqronomu, biçinçisini əvəz edəcək.

Azərbaycan artıq silahı «əhliləşdirib» əmək alətinə çevirə bildi. Bu o deməkdir ki, ölkəmizi müharibədən çox insanların həyat şəraiti maraqlandırır. Bu fakt özü çox böyük uğurdur. 40 hektar ərazini 20 dəqiqə ərzində skan edərək torpağın tərkibini öyrənən, sonra ona lazım olan dava-dərmanla qidalandıran, lazım gələrsə əkini və biçini də həyata keçirən belə bir texnologiya artıq yeni bir dövrün başlanğıcından xəbər verir.
"Heç bir uşağı telefondan kənarda saxlamaq olmur. Hətta əlindən alsan da. Belə olan halda biz onların təhsilini telefona transfer etməliyik". Məhz bu gün texniki məktəblərdə Drondan istifadənin tədris olunması da məhz bu məqsəddən qaynaqlanır. Bunu isə təhsil sahəsində çalışan başqa bir mütəxəssis deyir.

Peşə məktəbləri kitabxanalar kimi gərək bütün rayonlarımızda olsun. Peşə bilikləri yaxşı yaşamağın qarantıdır.


Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… -  FOTO - VİDEO
Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… -  FOTO - VİDEO
Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… -  FOTO - VİDEO
Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… -  FOTO - VİDEO
Bu dron o dron deyil - silah əmək alətinə çevrilirsə… -  FOTO - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər