Ru
09:22 / 03 Dekabr 2025

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
Eye

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakupost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC yaydığı məlumata görə, Biləcəri Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində bu gün 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə təmin olunacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar