Ru
12:24 / 25 Aprel 2026

Bu ərazilərə qar yağır

Bu ərazilərə qar yağır
Eye

Aprelin 25-i saat 12:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata əsasən bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır.
Düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa, Gəncə, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Bərdə, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad və Lənkəranda 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 28, Bərdə və Tərtərdə 25, Ağdamda 24, Goranboyda 23, Göyçayda 22, Naftalanda 21, Şəkidə 20, Kəlbəcərdə 19, Göygöldə 17, Sabirabad, Qobustan və Yardımlıda 16, Culfa, Balakən və Zaqatalada 15-m/s-yə çatır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar