Ru
12:48 / 25 Aprel 2026

Trampın varisi kim olacaq?-ADLAR

Trampın varisi kim olacaq?-ADLAR
Eye

Donald Trampın yaxın ətrafı 2028-ci il prezident seçkilərində Marko Rubionu potensial varis kimi nəzərdən keçirməyə başlayıb.


Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, "Politico" nəşrri 2016-cı ilin uğursuz kampaniyasından sonra uzun müddət köhnə quruluşun nümayəndəsi kimi görülən Rubio hazırda öz mövqelərini ciddi şəkildə möhkəmləndirdiyini bildirib.

Onun Venesuelada Nikolas Maduronun devrilməsi istiqamətindəki fəaliyyəti və Trampa olan sarsılmaz sadiqliyi həm administrasiya daxilində, həm də MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) hərəkatının seçiciləri arasında ona olan rəğbəti artırıb.

Hazırda vitse-prezident Cey Di Vens hələ də yarışın əsas favoriti hesab olunsa da, Rubio artıq administrasiya daxilində nüfuzlu və təcrübəli bir alternativ kimi qəbul edilir.

Siyasi təhlilçilər qeyd edirlər ki, Rubionun xarici siyasət sahəsindəki sərt mövqeyi və Tramp administrasiyasındakı strateji rolu onu növbəti seçkilərdə respublikaçıların ən güclü simalarından birinə çevirə bilər.

Bu yüksəliş Ağ Ev daxilində gələcək liderlik uğrunda rəqabətin indidən qızışdığını göstərir. Hazırda partiya daxilindəki müxtəlif qruplar Rubionun namizədliyini həm mühafizəkar, həm də mülayim seçiciləri birləşdirə biləcək bir körpü kimi dəyərləndirirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar