Ru
15:40 / 31 Oktyabr 2026

Moskvadan Bakıya lüks gəmi ilə gəlmək olacaq

Moskvadan Bakıya lüks gəmi ilə gəlmək olacaq
Eye

Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.


"Bakupost" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.

“Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq. Hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”, - A.Hakimov bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar