Ru
21:19 / 26 May 2026

Bu, Ermənistan üçün sülhə aparan yoldur - Rubio

Bu, Ermənistan üçün sülhə aparan yoldur - Rubio
Eye

“Tramp yolu” Ermənistan və Cənubi Qafqaz regionu üçün sülhə yol açır.


Bakupost.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə brifinqdə deyib.

“Tramp yolu” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalamaq mənim üçün şərəfdir, bu, tarixi bir addımdır. Ermənistan və region üçün bu, sülhə aparan yoldur. Əməkdaşlıq bununla məhdudlaşmır, əsas məqsəd hər iki xalqın rifahı naminə münasibətləri inkişaf etdirməkdir. Bu məqsədlə vacib mineralların çıxarılması və emalı ilə bağlı sənəd imzalanıb. XXI əsrdə bu sənaye iqtisadi müstəqillik və yeni texnologiyalara çıxış təmin edir. Biz Ermənistan və ABŞ dövlətlərinin və iqtisadiyyatlarının mineral ehtiyatlara etibarlı çıxışını təmin etmək üçün birgə işləməyə hazırıq. Ermənistan komandasının fəaliyyəti ölkə üçün daha yaxşı gələcəyə yol açır. Bu işdə sizə kömək etməkdən məmnunuq və gələcək üçün çalışmağa hazırıq”, - o bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar