Ru
13:49 / 16 Noyabr 2023

Avtomobili ilə alimi öldürən Azərbaycanın ən peşəkar toksikoloqunu nə gözləyir?

Avtomobili ilə alimi öldürən Azərbaycanın ən peşəkar toksikoloqunu nə gözləyir?
Eye

Dünən gecə avtomobili ilə türkoloq alim Arif Acaloğlunun ölümünə səbəb olan şəxs Azərbaycanın tanınmış həkimi, toksikologiya üzrə mütəxəssis, Klinik tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdur.

Bakupost.az xəbər verir ki, Azərbaycanda ən ağır zəhərlənmə faktları zamanı yüzlərlə insanın həyatını xilas edən və daim zəhərlənmələr barədə mətbuata məlumat vermək üçün çıxış edən Azər Maqsudov ölkədə az sayda olan və ciddi ehtiyac duyulan kadrlardan biridir.

Çünki bütün bölgələrdən çox ağır zəhərlənmə diaqnozlu xəstələr bu şönbəyə gətirilir və 80% hallarda xəstə sağalır, ölüm statistikası azdır.




Tibb elmləri namizədi Azər Maqsudov 1989-cu ildən, yəni faktiki olaraq, sovet dövründən keçmiş Semaşkoda toksikoloq kimi çalışmağa başlayıb.

25 ildən artıqdır Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiridir.

1994-cü ildə doktor Azər Maqsudov Toksikologiya sahəsində ilk dəfə olaraq “Hemasorbsiya üsulu ilə qantəmizləmə və opium maddələri ilə zəhərlənmələr” mövzusunda dissertasiya müdafiə edərək Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsinə nail olmuşdur.
Onun rəhbərlik etdiyi Toksikologiya şöbəsi kimyəvi zəhərlənmələrin müayinə və müalicəsi ilə məşğul olur.

2015-ci ildə Binəqədi rayonunda Azadlıq metrosu yanında yerləşən hündürmərtəbəli binada yanğın hadisəsindən sonra xeyli sayda tüstüdən zəhərlənən sakinlər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilmiş. Həmin günlərdə doktor Azər Maqsudov aktiv fəaliyyət göstərmişdir. Göstərdiyi effektiv fəaliyyətinə, yüksək peşəkarlığına görə o, Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Bir sözlə, Azər Maqsudov Azərbaycan səhiyyəsində hələ yerini tutacaq mütəxəssis olmayan kadrdır.

Qeyd edək ki,Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, Milli Hərəkatçılar Birliyinin başqanı Arif Acaloğlu Bakıya konfransda iştirak üçün gəlmişdi.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən a bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.





Hadisə Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Qeyd edək ki, avtomobillə piyadanın vurulub ölməsinə görə, hadisənin detalları tam araşdırlır və sürücünü sürücülük hüququndan məhrum etmə, 3 ildən 5ilə qədər həbs və ya icbari həbs gözləyə bilər.




Aygün Musayeva
BakuPost

Şərhlər
  • BABA

    Hadisənin kamera görüntülərini niyə yaymırlar?

  • Veteran

    Qohumum ilan vurmasından qanında zəhırləmə kəsgin forma almışdı. Gəncədə 3 saylı təcii tibbi yardım xəstəxanasında "həkim- tibb bacıları "adlanan qadın ünsürlər az qala qohumumu oldürmüşdülər.Pulumuzu aldılar iynə yerinə qarın ağrısı iynəsi vurdular.Gecə saatlarında Bakıya Azər həkimin yanına apardıq.Sağ olsun təcili tədbirlər nəticəsindsə həyata qaytardı.Bu adam yatmamalıdır.

  • Qalib Quliyev

    Bilərəkdən etməyibki..yol qəzasıdı.gecə saatlarında ....Azər həkim Azərbaycanmızın fəxri həkimidir..neçə neçə ağır xəstələri sağaldıb həyata qaytarıb.. inşallah dövlətimiz onu bağışlayar..

  • Нуриев

    Həkimin heç bir günahı yoxdur.Orada Piyada keçidi yoxdur.

  • Bəhmənova Xəyalə

    Cox gozəl insandi Azər doktor coxda savadli hekimdi Allah komeyi olsun

  • Həsənova Tatyana

    Çox təəssüf edirəm. Həkimin fəaliyyətini illərdir izləyirəm. İki övladımı 33 il əvvəl dərman zəhərlənməsindən xilas edən həkimə ömrüm boyunca minnətdaram. Səhiyyəmiz belə bir bacarıqlı, savadlı əvəzolunmaz həkimi itirə bilərmi? Həkimin əhv olunması üçün bir qanun yoxdurmu? Axı o günahsızlıq.

  • Yusubov Aqil

    Azər həkim çox gözəl insan,çox yaxşı həkimdir.Hadisedir olub.Allah komek olsun.Azər həkim çox xəstələrə şəfa verib.

  • Tofiq Hacıyev

    Mən, tibb elmləri doktoru Azər Maqsudovu yaxşı tanıyıram. Yüksək səviyyəli həkim Toksikoloqdur. Onu bütün Respublikada və dünyada həkim alim olduğunu bilirlər. Bu haqda çox yazmaq olar. Lakin biz gayıdaq bədbəxt hadisəyə. Bu hadisənin baş veəsini heç kim istəməzdi. Lakin hadisə baş verib. Bu hadisənin baş verməsi kimin və ya nəyin uçbatından olmasını dəqiq araşdırmaq lazımdır. Oradan sürət yolları keçir və o yollarda piyadaların hərəkəti qəti qadağandır. Gecə, saat 23.30 və belə şəraitdə qəfil sürət yoluna çixmaq böyük cinayətdir. Mənə elə gəlir ki, yol polisi bütün bunları araşdıraraq düzgün və ədalətli qərar qəbul edəcək və bununla Qalib Azərbaycan xalqına böyük köməklik etmiş olacaq, haqq və ədalət öz yerini tapacaq.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar