Nazirlik olaraq gənclərin peşə seçiminə, özünüinkişaf prosesinə dəstək göstərilməsi bizüm üçün prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə cari ildə 205 min nəfərə peşəyönümü xidmətləri göstərilib.
Bakupost.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakıda keçirilən "PeşəFest-2025" tədbirində bildirib.
O vurğulayıb ki, 2022-ci ildən müxtəlif bölgələrdə keçirilən “Peşələr festivalı” tədbirlərinə isə 160 mindən çox gənc qatılaraq əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları haqqında praktiki məlumat əldə edib.
Nazir işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq əmək bazarına inteqrasiyası işləri çərçivəsində 1500-dən çox peşə və kvalifikasiya standartının hazırlandığını deyib: “Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, 2027-ci ilədək işçi qüvvəsinin 44%-nin əsas bacarıqlarında dəyişiklik baş verəcək ki, bu dəyişikliklər sırasında yumşaq və texnoloji bacarıqlar ön sırada dayanır”.