Ru
14:25 / 04 Avqust 2026

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib.

"Bakupost" xəbər verir ki, peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin edildiyi sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, iaşə xidməti və s. olub.

Qeyd edək ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar