Ru
16:26 / 24 Yanvar 2025

Bu nazirlikdə yeni şöbə yaradıldı, müdir təyin edildi

Bu nazirlikdə yeni şöbə yaradıldı, müdir təyin edildi
Eye

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində struktur dəyişikliyi olub.

Bakupost.az "Unikal"-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, RİNN-nin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi ləğv edilib, əvəzində Strateji inkişaf və iqtisadi təhlil şöbəsi yaradılıb.

İlkin Firqət oğlu Hüseynov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İlkin Hüseynov ölkənin bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Xəbəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar