Ru
17:27 / 02 Sentyabr 2026

Bu ölkədə hüquqşünas prezident seçildi

Bu ölkədə hüquqşünas  prezident seçildi
Eye

Estoniya parlamentinin üzvləri növbədənkənar iclasda ədliyyə kansleri Ülle Madiseni beş illik müddətə ölkənin yeni prezidenti seçiblər.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, bu barədə ERR milli ictimai yayımçısı məlumat verib.

Madise dövlət başçısı vəzifəsinə yeganə namizəd olub. Qalib gəlmək üçün parlament üzvlərinin ən azı üçdə ikisinin (101 səsdən 68-i) səsini toplamalı idi. Nəticədə, parlamentin 71 üzvü onu dəstəkləyib. Madise and içdikdən sonra oktyabrın 12-də Estoniya prezidenti vəzifəsinin icrasına başlayacaq.

Ülle Madise estoniyalı hüquqşünas və siyasətçidir. O, 2015-ci ildən Estoniyanın Ədliyyə Kansleri vəzifəsində çalışıb və 2021-ci ilin sonlarında ikinci müddətə yenidən seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar