Rosfinmonitorinq agentliyin saytındakı məlumatlara görə, "Yukos" şirkətlər qrupunun keçmiş sahibi Mixail Xodorkovski Rusiyada terrorçu və ekstremistlər siyahısına əlavə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Terrorçuların və ekstremistlərin siyahısı - Mixail Borisoviç Xodorkovski, 26 iyun 1963-cü ildə Moskvada anadan olub ", - siyahıda qeyd olunur.
Həmçinin Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov da terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Qudkov 19 yanvar 1980-ci ildə Moskva vilayətinin Kolomna rayonunda anadan olub.