ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində İranda baş verən etirazlara dair “Kanal 13” adlı Azərbaycan “YouTube” kanalına məxsus videoçarxı paylaşıb.
Qeyd edək ki, “Kanal 13”-ün rəhbəri Əziz Orucov 27 noyabr 2023-cü il tarixində saxlanılıb. Ona torpaq sahəsində özbaşına tikinti aparılması ittihamı irəli sürülmüşdü. Səbail Rayon Məhkəməsinin hökmü ilə Ə.Orucov iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
Ötən il noyabrın 27-də cəza müddəti başa çatan Ə.Orucov Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.