Həkim-somnoloq Karema Maqomedova insanın hər gün nə qədər yatmalı olduğunu açıqlayıb.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, o, sağlam yuxunun müddətini "RİA Novosti" agentliyinə müsahibəsində adeyib.
"Çoxsaylı araşdırmaların nəticələri göstərir ki, sağlam olmaq üçün insanın orta hesabla yeddi saat yatması lazımdır", - deyə Maqomedova bildirib.
Bununla yanaşı, həkim qeyd edib ki, bu rəqəm insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Somnoloqun sözlərinə görə, "az yatan" insanlar üçün dörd-beş saatlıq yuxu kifayət edə bilər, "çox yatanlar" üçün isə bu müddət doqquz saatdan başlayır.
Maqomedova əlavə edib ki, insanın yuxusunu alıb-almadığını bir neçə sadə meyara görə müəyyən etmək olar. O əmin edib ki, əgər şəxs oyandıqdan 20-30 dəqiqə sonra gümrahlıq rejiminə keçirsə və gün ərzində problemsiz fəaliyyət göstərirsə, deməli, yuxu kifayət qədər olub.