Ru
09:27 / 04 Mart 2026

MAQATE-dən İranla bağlı AÇIQLAMA - Nüvə silahı...

MAQATE-dən İranla bağlı AÇIQLAMA - Nüvə silahı...
Eye

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə silahı hazırladığına dair heç bir dəlili yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi sosial mediada məlumat verib.

“İranın nüvə proqramı ilə bağlı hesabatlarımda həmişə çox aydın və ardıcıl olmuşam. İranın nüvə bombası hazırladığına dair heç bir dəlil olmasa da, onun silah dərəcəsinə yaxın zənginləşdirilmiş uran ehtiyatı və müfəttişlərimə tam giriş imkanı verməkdən imtina etməsi ciddi narahatlıq doğurur”, - deyə o yazıb.

Qrossi vurğulayıb ki, Tehran MAQATE ilə əməkdaşlıq etməyincə və müfəttişlərə tam giriş imkanı təmin etməyincə, agentlik İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığını təsdiqləyə bilməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar