Ru
15:19 / 27 May 2026

“Bu son videom olacaq”

“Bu son videom olacaq”
Eye

Məşhur "Yeşilçam" aktrisası Saadet Gürsesin etdiyi paylaşım pərəstişkarlarını kədərləndirib.

Bakupost.az xəbər verir ki, Saadet Gürses 1997-ci ildə tutulduğu dəri xərçəngi səbəbilə uzun illər çətin bir müalicə prosesi keçirib.
Təxminən 7 il davam edən müalicədən sonra xəstəliyə qalib gəlməyi bacaran aktrisa daha əvvəl verdiyi açıqlamalarda sektorda iş tapmaqda çətinlik çəkdiyini vurğulayıb.

İşsizlik səbəbindən maddi çətinlik yaşayan aktrisa izləyicilərə səslənib: "Bu sizinlə əlaqə quracağım son video olacaq. Çünki artıq çox yoruldum" deyə aktrisa bildirib.

O, həmçinin, öz imkanları ilə çap etdirdiyi kitabı üçün də dəstək istəyib. Gürses, "Mən bu kitabı öz imkanlarımla 500 nüsxə hazırlatdırdım. Mənə dəstək olub bu kitabı satın alsanız, mənə kömək etmiş olarsınız" ifadələrini işlədib. (Olay.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar