Ru
10:05 / 02 Avqust 2021

Vaksinlərə qarşı “Əks göstəriş sertifikat”ı veriləcək - TARİX

5757
Avqust ayının 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır.

Bakupost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.

"Əks göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara riayət olunmalıdır" - deyə məlumatda bildirilir.
Şərhlər
  • Allahyar

    Hec bir virusun vaksini hemin virus aktuv olduģu fovrde tapilmayib. Umumiyyetle, covid19-un qlobalust gùcler terefinden insanliga qarşi hazirlanmiş bir cinayet layihesi olmasi ile bagli coxlu inandirici faktlar var. Amma dovletin basinda duranlar muemmali sekilde bu cinayeti destekleyirler. Onun eleyhine geden Trump ve Lukasenkonun taleyi de goz qabagindadir. Men inaniram ki, insanliq ayilib ozunde guc tapacaq ve bu canileri durdurub cezalandiracaq. Demowrafik problemlerin hellinin daha agilli, elmi, sivil yollari var...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər