Ru
13:00 / 31 Mart 2026

Bu tələblər sərtləşdirildi

Bu tələblər sərtləşdirildi
Eye

Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Ölkədaxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlərarası (rayonlarası) sərnişin daşımalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasını təsdiq edən sənədlərin mövcudluğu da tələb olunacaq:


- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;


- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası;


- avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar