Ru
16:57 / 05 İyun 2026

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi
Eye

Paytaxtda sosial xidmət və tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 6 ünvanda müvafiq nişanlar quraşdırılaraq taksi və fərdi nəqliyyat vasitələrinin sərnişinlərinin rahat minib-düşməsi təmin olunub.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, layihənin davamı olaraq, Sabit Orucov küçəsində (Respublika Perinatal Mərkəzinin yaxınlığında), Mehdi Mehdizadə və Fəzail Bayramov küçələrində ("Mediland Hospital"ın yanında) parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.

Sözügedən nişanlar Böyük İpək Yolu küçəsində (Heydər Əliyev prospekti ilə kəsişməyə yaxın), Həsən Salmani küçəsi və Babək prospektində də yerləşdirilməklə Yeni Klinika, "Leyla Medical Centre" və "Baku Medical Plaza"ya gələnlər üçün əlavə şərait yaradılıb.

Xatırladaq ki, daha öncə paytaxtın 7 ünvanında yerləşən tibb müəssisələrinin qarşılarında minib-düşmə yerləri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar