Ru
09:33 / 17 Avqust 2020

Bu yollarda sıxlıq yarandı

1423

Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

"BakuPost" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Ziya Bünyadov prospekti hər iki istiqamət, Moskva prospekti mərkəz istiqaməti, H.Əliyev prospekti kənar yol, Babək prospekti H.Əliyev prospekti istiqaməti, Binəqədi şossesi mərkəz istiqaməti, Y. Səfərov küçəsi Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti "Koroğlu" m/st-sı istiqamətində yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətini çətinləşdirir.

"Fərdi avtomobil sürücülərindən anlayış göstərmələrini və hərəkətdə olan zaman avtobuslara güzəştlə yanaşmalarını xahiş edirik", - deyə qurum bəyan edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər