Bakıda dənizə düşən qadın xilas edilib.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gecə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü Şəbnəm Ağazadə naməlum şəraitdə dənizə düşüb.
Məlumata görə, dənizdə üzərək batma təhlükəsi ilə üzləşən qadına yaxınlaşan polis FHN-nin əməkdaşları ilə birgə onu karterlə sahilə çıxarıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib.
Zərərçəkən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elnur
Baku Post