Ru
16:59 / 29 Oktyabr 2020

Bunu komandir əmr edir - İrəvanın “ölüm ticarəti”

2113

Əl-Hərir, Əlcəzair

29.10.2020


Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlara uşaqları, yeniyetmələri də cəlb edir. Bununla o, humanizm, mərhəmət, ədalət və digər ülvi dəyərləri, prinsipləri tapdayır, eyni zamanda, beynəlxalq qanunları pozur.


Azərbaycan torpaqlarının təqribən 25%-ni işğal etmiş Ermənistanın rəhbərliyi uşaqları, məktəb şagirdlərini, gəncləri silaha sarılmağa çağırmaqla kifayətlənmir. O, artıq yaşlı, qoca vətəndaşlarını dda öyüşlərə cəlb edir. Bu zaman onların hazırlıqsızlığı, döyüş təcrübələrinin olmaması nəzərə alınmır.

Görünən odur ki, Ermənistan ordusu tarixi məğlubiyyətə uğramaq üzrədir. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarda yerləşmiş erməni qoşunlarının mövqelərinə, hərbi birliklərinə, artilleriya qurğularına endirdiyi dəqiq zərbələr nəticəsində Ermənistan ordusu Qarabağdan nizamsız şəkildə geri çəkilir. Bu zərbələr nəticəsində ermənilər böyük itkilərə məruz qalsa da, Yerevan hələ bunu etiraf etmir.

KİV-də yer alan xəbərlərə görə, Azərbaycanın hərbi əməliyyatları nəticəsində ələ keçmiş əsirlər arasında Ermənistana başqa ölkələrdən gəlmiş döyüşçülər də var. Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələri döyüşlər zamanı əsirlərlə yanaşı, Ermənistan ordusunun çox sayda hərbi sursatını, uzaq mənzilli artilleriya və raket qurğularını da qənimət kimi ələ keçirir.

Bütün bunların fonunda ermənilərin sosial şəbəkələrdə yaydıqları ürək dağlayan videogörüntülər dünya dövlətlərini, xalqlarını dəhşətə gətirib. Söhbət döyüşlərə orta məktəb şagirdlərinin cəlbindən gedir. Kadrlardan birində Azərbaycana tərəf tuşlanmış artilleriya qurğusunun atəş ipini orta məktəb şagirdi dartır – ona bunu komandir əmr edir.

Artıq BMT üzvü olan bəzi dövlətlər bu cür ürək sızladan görüntülərə görə Ermənistanın siyasi rəhbərliyini tənqid edib. Bir çox tanınmış şəxslər, beynəlxalq təşkilatlar bu iyrənc əməli pisləyib, dünyanı uşaqları qorumağa səsləyib. Onlar bildirir ki, uşaqların qətllərdə, ölüm əməliyyatlarında iştiraka məcbur edilməsi yolverilməzdir.

Azyaşlıların döyüşlərə cəlbi bütün beynəlxalq qanunların birbaşa, açıq və kobud şəkildə pozulmasıdır. Bu, BMT konvensiyalarına, çoxsaylı qanunlara tam ziddir. O üzdən, belə hallara heç bir halda bəraət qazandırmaq olmaz. Müvafiq konvensiyalar hər iki cinsdən olan uşaqların və yeniyetmələrin dünyanın istənilən yerində gedən döyüşlərdə hər hansı səbəbdən iştirakını, müharibəyə cəlbini birmənalı qadağan edir, münaqişələrə, müharibələrə cəlb olunmuş uşaqların hüquqlarının qorunmasına çağırır.

Azərbaycan ərazisində davam edən döyüşlərdə ermənilər yeniyetmələrdən də istifadə edirlər. Bu, o deməkdir ki, Ermənistan döyüş meydanında heç bir qanun tanımır, əksinə müvafiq qanunları, beynəlxalq konvensiyaları, BMT-nin, UNISEF-in, Uşaq Hüquqları üzrə Paris konvensiyasının sənədlərini və tələblərini pozur. Halbuki, uşaqları bu işlərə cəlb edənlər beynəlxalq məhkəmədə cavab verməlidir.

Ermənistan baş naziri Nikol Paşinyan orta yaşlı və qoca çağırışçılarla görüşündə onlara “ürəyinizdə qələbə ilə gedin” deyirdi. Bu, onu göstərir ki, Ermənistan liderləri öz işğalçılıq maraqları naminə istər uşaqları, istərsə də qocaları tərəddüd etmədən təhlükəyə atır.

Dünya həyatlarının xilası üçün beynəlxalq birliyə, institutlara müraciət edən erməni uşaqlarının göz yaşları fonunda insanlıq düşmənlərini qəti şəkildə pisləməlidir. Sülhə, xalqların qardaşlığına, hürriyyətinə əhəmiyyət verməyən kəslərin uşaqların da hüquqlarını pozmasına yol verilməməlidir.

Məşhur “Euronews” telekanalı hələ 2019-cu ilin dekabrında Ermənistanda uşaq hüquqlarının pozulması halları ilə bağlı ürək sızladan süjet hazırlamışdı. Orada Ermənistandakı uşaq ticarəti şəbəkəsindən, faciə yaşayan analardan, hökumətin bununla bağlı apardığı araşdırmalardan bəhs olunurdu.

Eyni problem məşhur ərəb informasiya saytı olan “əl-Hivar əl-Mutəməddin”də də işıqlandırılmışdı.

Bu gün Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün əməliyyatları davam etdirir. O, bunu beynəlxalq qərarlara, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən edir. Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb olunur.

Demək, yaxın zamanlarda Ermənistan uşaqları və gəncləri də müharibədən xilas olacaq, daha onlar müharibədə iştiraka məcbur edilməyəcək. Bu, onların, günahsız uşaqlıqların da xeyrinə olan məsələdir. Bu, bütün millətlərin, ümumilikdə bəşəriyyətin xeyrinədir.

Ərəb dilindən tərcümə - WorldMedia.Az


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər