Ru
15:31 / 29 Sentyabr 2025

“Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...”

“Cabirin dayısı da infarktdan rəhmətə getmişdi...”
Eye

“Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb: “Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı... Cabirin dayısı da belə qəfildən, infarktdan rəhmətə getmişdi. Düz, 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki...Çox üzüldüm”.

Qeyd edək ki, C.İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.

Xatırladaq ki, K.Əliyeva İmanov qardaşlarının ssenari müəllifi olduğu məşhur “Məhəllə” filmlərində onlarla birgə çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar