Ailəvi istirahət məkanlarında və ictimai iaşə obyektlərində vəhşi heyvanların və quşların saxlanması, nümayiş etdirilməsi qanunla qadağandır.
Bu barədə
Bakupost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilir ki, bu qadağa:
- İnsan sağlamlığını qorumaq;
- Zoonoz xəstəliklərin yayılmasının qarşısını almaq;
- Bioloji təhlükəsizliyi təmin etmək məqsədilə tətbiq olunur.
Saxlanılan heyvanlar və quşlar yalnız təbiətə buraxıla və ya heyvanat parklarına təhvil verilə bilər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə nəzarəti həyata keçirir, ictimaiyyətin maarifləndirilməsi istiqamətində mütəmadi tədbirlər görür. Qaydaları pozan obyekt sahiblərinə qarşı qanunvericiliyə uyğun inzibati tədbirlər tətbiq ediləcək. Gəlin, birlikdə həm özümüzün, həm də heyvanların sağlamlığını qoruyaq.