Ru
17:28 / 29 Sentyabr 2025

Saakaşvili: Mənim nə pulum, nə də evim var

Saakaşvili: Mənim nə pulum, nə də evim var
Eye

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmənin dövlət büdcəsinə mənimsənilmiş vəsaitlərin qaytarılması barədə qərarından sonra bildirib ki, onun nə pulu, nə də yaşayış yeri var.

Bakupost.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Yenidən qurduğum Gürcüstanda mənim hətta bir mənzilim də yoxdur. Hazırda azadlıqdan məhrumam, amma siz və sizin sahibiniz yaxşı bilirsiniz ki, mən çox uğurlu biriyəm, siz isə tamamilə uğursuzsunuz. Mənim adımı və hörmətimi bu dünyanın əksəriyyəti tanıyır, siz isə, milyardlarınıza baxmayaraq, heç kimsiniz”, – deyə Gürcüstanın keçmiş prezidenti qeyd edib.

Bundan əlavə, Saakaşvili bildirib ki, hakimiyyət orqanları Kaxetidə yerləşən onun “sevimli üzüm bağını və 70 kvadratmetrlik evini” müsadirə etmək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl Gürcüstan Apellyasiya Məhkəməsi Mixeil Saakaşviliyə qarşı çıxarılan hökmü qüvvədə saxlayıb. O, dövlət vəsaitindən 3,2 milyon dollardan çoxunu mənimsəməkdə təqsirli bilinib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar