Ru
14:45 / 25 Sentyabr 2025

"İt uşağı parça-parça edib, özümə gələ bilmirəm" - Tanınmış bloqer +VİDEO

"İt uşağı parça-parça edib, özümə gələ bilmirəm" - Tanınmış bloqer +VİDEO
Eye

Xırdalanda bir itin azyaşlı uşağı parçaladığı bildirilir.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı bloqer Arifə Məmmədova sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, hadisəyə dair görüntülər izləyicilərindən biri tərəfindən ona göndərilib.

Ağlaya-ağlaya paylaşım edən bloqer bildirib ki, videonu izlədikdən sonra özünə gələ bilmir:

“Tüklərim biz-biz olub. O dərəcədə çox pisəm. Belə şeylərə çox həssasam. Xırdalanda itlər hədsiz dərəcədə çoxalıb. Həmin itlər bir uşağı parça-parça edib. Anası fəryad edirdi. İstəyənlərə həmin videonu göndərə bilərəm”.

Bloqer həmçinin aidiyyəti qurumları küçə itlərinin yığışdırılmasına çağırıb:

“Küçə heyvanlarına diqqət olunsun. Mən heyvanlara qarşı çox həssasam, amma uşağı elə günə qoyublar ki, özümə gələ bilmirəm. Uşağın üzü-gözü çox bərbad vəziyyətdədir. Mənə izləyicilərim atıblar ki, xahiş edirik, bunu işıqlandırın. Mənim də uşaqlarımın dayəsi gecə evinə gedəndə deyir ki, yollarda dəhşətli dərəcədə çox itlər var, adamın üstünə cumurlar, nəzarət edən yoxdur. Lazımi qurumlardan xahiş edirəm, bu heyvanları küçələrdən yığışdırsınlar. Cumurlar adamların üstünə, onlar da bilmirlər nə etsinlər. Bir çoxları çarəsizdir. Zibilliklər də aşıb-daşır, tez-tez yığışdırmırlar, itlər də zibilliklərin yanına toplaşır. Buna da nəzarət olunsun”.

Lalə Novruz, BakuPost


Şərhlər
  • Mehriban

    Badamdarı küçə itləri basıb ! İnsanlar səhər işə getməyə qorxurlar, çünki evlərində çıxarkən çoxlu və sürü halda gəzən sahibsiz itlərlə qarşəlaşmaq məcburiyyətindədir və bu da sakinlərin insan həyatı üçün nöyük bir təhlükə ilə üz-üzə qalmağına gətirib çəxarır. Bu səsəbəbdən aidiyyatı orqanlardan tələbimiz budur ki bu məsələylə ciddi bir çəkildə məşqul olsunlar yoxsa bu çür yaranmış vəziiyət sonunda cox böyük bir fəlakətlərə gətirib çıxaracaq !

  • İtpərəstlər

    İndi gəlib sizi qınayacaqlar itpərəstlər, heyvana sevgi day bu qədər demədik, küçə itləri yığışdırılsın, kjm sahiblənmək istəyirsə getsin "Toplan" mərkəzindən sahiblənsin!

  • Minayə Əliyeva

    İtlər insanlardan daha yüksək olub 1 iti öldürəndə üsyan qopur, 1 uşaq parçalananda susub dözürük, haqqımızı tələb edə bilmirik. Cənab it, qul insan.

  • Qönçə Gözəlova

    Atında videonu bizə

  • Qönçə Gözəlova

    Salam . Aman Allah

  • Gülnarə Əli

    Sabunçu Qəzənfər Musabəyov burda da itler doludu adamin ustune cumurlar usaglar ne cole çıxa bilir ne özümüz cumurlar adama səsləri de bir terefden gece gündüz hele pişikləri demirem bitleri adama dusur adama cumurlar pəncərə açmaq olmur

  • Nial

    Vayy demə ee. Mən boyda adam o gün marketə gedəndə gecə idi. Marketin yanında sahipsiz it gördüm rəngim ağardı qorxudan heç kim də yox idi. Durub yarım saat gözlədim belkə çıxa gedə heç getmədi. Nə də kimsə gəlmədi.Qorxumnan dala qayıtdım

  • Ramin

    Vay vay demə bu itlərin əlindən bilmirik hara gedək. Mən böyük adam qorxuram, gör usaqlar nətəhər qorxur. Nezaret edendə yoxdur. Ay heyvanseverler ac gözunuzu yaxsi yaxsi baxin. Kitaylara verin hamisini aparsinlar bizim olkeden.

  • B.Kolxozdar

    Tolerantlıq, hər canlını mühafizəsi daha şüurlu-güclü insan-vicdanının özü də daxil olduğu təbiətə, ətraf mühitə töhfəsidir! Ancaq, xüsusilə iri və sahibsiz itlər, digər çöl-vəhşi eyvanları qədər təhlükəlidir? Beləliklə, nəzarətsiz, başlıqsız-ipsiz, qandalsız-kantarağasız heyvanlar əhali məskənləri, ərazilərindən yığışdırılmaldır. Səhv etmirəmsə, Baş Nazir uyğun Sərəncam da

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar