Ru
16:53 / 29 Sentyabr 2025

Avroliqa İsrail klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər

Avroliqa İsrail klublarını beynəlxalq turnirlərdən kənarlaşdırıla bilər
Eye

Avroliqa basketbolunun baş direktoru Paulyus Moteyunas İsrail klublarının turnirdən kənarlaşdırılması variantını istisna etməyib.

Bakupost.az xəbər verir ki, bu barədə “BasketNews” məlumat yayıb.

"Bizim taktikamız və bu cür məsələlərə yanaşmamız həmişə digər idman liqaları və təşkilatlarından nümunə götürmək olub. Biz vəziyyəti müşahidə etməyə, izləməyə və buna uyğun cavab verməyə davam edəcəyik", - deyə Moteyunas bildirib.

Qeyd edək ki, Avroliqa sentyabrın 30-da start götürəcək. Turnirdə İsrailin “Hapoel” və “Makkabi” klubları iştirak edəcək.

Xatırladaq ki, sentyabrın 25-də UEFA İsrailin Federasiyasının üzvlüyünün dayandırılması ilə bağlı səsvermə keçirməyə hazırlaşdığını açıqlamışdı. Məlumata görə, İcraiyyə Komitəsinin 20 üzvünün əksəriyyəti bütün İsrail komandalarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasının tərəfdarıdır.

Bununla belə, sentyabrın 24-də UEFA bu məsələni 23-də keçirilmiş İcraiyyə Komitəsinin iclasının gündəliyindən çıxarıb.

Bakupost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar