Ru
21:05 / 29 Oktyabr 2025

Canlı yayımda arvadının saçını qırxan şəxs dövlət qulluqçusu imiş... - Keçəl edilən qadın danışdı

Canlı yayımda arvadının saçını qırxan şəxs dövlət qulluqçusu imiş... - Keçəl edilən qadın danışdı
Eye

Bir neçə gün öncə həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan Pərvanə İsmayılova hadisənin təfərrüatını Teleqraf-a danışıb.

Bakupost.az xəbər verir ki, zərərçəkən P.İsmayılova onlar arasında münasibətlərin daha öncə pozulduğunu bildirib.

"Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nigahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi" - deyə, P.İsmayılova qeyd edib.

Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub:

"Saçımı qırxandan sonra Tamerlan oğlumu eyvandan atmaq istədi. Qonşuları köməyə çağırdım. Bundan sonra ərimdən qurtula bildim".

P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.

T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar